Qərb Ermənistanı yeni müharibəyə hazırlaşdırır - NƏYƏ NAİL OLMAQ İSTƏYİRLƏR?
ELÇİN ALIOĞLU YAZIR

Ermənistan sülh danışıqlarını yenidən uzatmağa çalışır. İrəvanın məqsədi yeni "hami"ni oyuna cəlb etməkdir.

 

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində yenidən maneələr yaradılıb. Proses süni şəkildə yerində saymağa yönəldilir və bu cəhdlərin "müəllif"i Ermənistandır.

 

Halbuki dünənədək müəyyən ümidlər və gözləntilər vardı. Azərbaycan rəsmi olaraq Ermənistana müraciət yollayaraq sülh danışıqlarını aktivləşdirməyə, sazişi imzalamağa çağırış etmişdi.

 

Noyabrın 21-də Azərbaycan XİN İrəvana rəsmi müraciət edərək ikitərəfli danışıqları ya İrəvanın da məqbul sayacağı məkanda, ya da iki dövlət arasındakı şərti dövlət sərhədində keçirməyi təklif etdi.

 

Məntiqi, praqmatik və rasional təklifdir.

 

Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhlə stabilliyin bərqərar olmasında bilavasitə aparıcı rolu məhz Bakı ilə İrəvan oynamalıdır. Ölkələrimiz sülh danışıqları prosesinin davamına, habelə bu danışıqların keçiriləcəyi yerin seçimi ilə bağlı qərar verməkdə də suverendir.

 

Danışıqlar prosesinə kənar dövlətlərin və ya təşkilatların qatılması istənilən halda ikitərəfli mükalimələrdən səviyyə, habelə keyfiyyət baxımından aşağı variantdır.

 

Sülh danışıqlarının hazırda iki real və bir hipotetik treki mövcuddur - Vaşinqton, Brüssel və Moskva formatları.

 

Vaşinqton formatı Bakı üçün cəlbedici deyil: ABŞ Dövlət Departamentinin, müvafiq qurumların, habelə Senatın və Nümayəndələr Palatası üzvlərinin çoxluq etibarilə aşkar ermənipərəst mövqe tutmaları Birləşmiş Ştatların vasitəçilik missiyasının obyektivliyinə dərin şübhələr yaradır.

 

Bundan başqa, ABŞ vasitəçilik prosedurlarından yararlanaraq Cənubi Qafqazdakı yeni loqistika və transregional marşrutlara nəzarətə yiyələnmək niyyətini də gizlətmir.

 

Zəngəzur dəhlizi layihəsinin 2020-ci ilin noyabırn 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmasına rəğmən, Ermənistanın bu müddəanın gerçəkləşməsi üçün ötən üç ildə heç nə (!) etmədiyini nəzərə alan rəsmi Bakı məcbur qalaraq Şərqi Zəngəzur layihəsini reallaşdırmaq üçün İranla niyyət anlaşması imzaladı. Vaşinqton da Bakı ilə Tehran arasında münasibətlərin normallaşmağa başladığından çox təlaşlanıb və bu səbəbdən də yeni prosesə mane olmaq üçün Ermənistana dəstəyi dəfələrlə artırıb.

 

Belədə danışıqların Vaşinqton trekinin Bakı üçün hansı "maraq" kəsb etdiyi, daha doğrusu, ümumiyyətlə, maraqsız olduğu aydınlaşır.

 

Brüssel formatına gəldikdə, Fransanın Ermənistana total dəstəyi ilə yanaşı, sözügedən formata müdaxilə edərək onu "Avropa İttifaqı-Azərbaycan-Ermənistan" konfiqurasiyasından çıxararaq özünü də əlavə etmək niyyəti sözügedən trekin aktuallığını azaldır.

 

Vaşinqton və Brüssel trekləri Bakını qane etmədiyindən, Azərbaycan bəhs etdiyimiz formatlardan müvəqqəti olaraq imtina edib.

 

ABŞ və Fransa mövqelərində zəruri dəyişikliklər edərsə, bu formatlara qayıda bilərik.

 

Moskva formatını isə İrəvan qəbul etmir. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan asılılığını minimuma endirmək və Qərbə meyllənmiş xarici siyasətində fəallığı artırmaqda qətiyyətlidir.

 

Göründüyü kimi, mövculd formatların üçü də hazırda işlək olmadığından, habelə sülh danışıqları prosesinin optimal variantının məhz ikitərəfli müzakirələr olmasını nəzərə alan Bakı ermənilərə ən uyğun seçimi təklif etmişdi.

 

İrəvan bu seçimi qəbul etmədi.

 

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiyası ilə bağlı hökumət komissiyaları rəhbərlərinin növbəti görüşünün sərhəddə keçirilməsi ilə bağlı təklifinə İrəvan cavab vermədi.

 

Bu, Nikol Paşinyanın fikrində inadlı olduğunu göstərir. O, sülh danışıqlarının məhz ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə davamını istəyir. Ermənistanın hakimiyyət dairələri bəyan edirlər ki, onlar Azərbaycanla sülh sazişinin etibarlı təminatçısı qismində məhz Vaşinqtonla Brüsseli görürlər.

 

Mövcud üç formatın işlək olmadığını, İrəvanın da birbaşa, ikitərəfli danışıqlardan imtina etdiyini nəzərə alsaq, bölgədəki vəziyyət yenidən gərginləşməyə doğru gedir.

 

Taktiki uğurlar əldə etmək istəyən Ermənistan yenə strateji səhvlər edir.

 

Nikol Paşinyan hakimiyyəti Qərbin, daha konkret olsaq, ABŞ və Fransanın vədlərinə aldanaraq anlayır ki, Azərbaycan hazırda danışıqlar prosesini qalib dövlət kimi aparır. İrəvandakı hakimiyyət bilir ki, məğlub ölkə olduqlarından, qalib ölkənin təklifləri və şərtləri ilə razılaşmaq məcburiyyətindədir. Buna yol verməmək üçün Paşinyan administrasiyası prosesə onu dəstəkləyən "hami"ləri cəlb etməyə can atır, danışıqlar masası arxasında ABŞ və ya Fransanın olmayacağı təqdirdə müzakirələri davam etdirməyəcəyini deyir.

 

Ermənistanın hakimiyyət dairələri, xarici ölkələrdəki erməni diasporu və ümumiyyətlə, ermənilər sadə həqiqəti dərk etmək istəmirlər: son iki əsrdə onlara verdiyi vədlərin heç birinə əməl etməmiş Qərb bu dəfə də erməniləri aldadacaq.

 

Ümumiyyətlə, Qərb şirnikləndirdiyi, vədlər verib "müttəfiq" adlandırdığı dövlətlərlə xalqları həmişə aldadıb, çünki kollektiv Qərb üçün müttəfiq yoxdur - maraqların təminatı zərurəti var.

 

Məğlub ölkə Ermənistan Bakı ilə danışıqlar prosesində mövqelərini gücləndirmək üçün güclü havadar və ya hami axtarışlarını davam etdirir. İrəvanın bu axtarışları həm də Cənubi Qafqazdakı vəziyyəti destruktiv məcraya yönəldir.

 

Nikol Paşinyan və onun komandasındakı funksionerlər də etiraf edirlər ki, Ermənistan indi ağır vəziyyətdədir, onun danışıqlar prosesindəki mövqeləri ifrat dərəcədə zəifdir.

 

Məhz bu səbəbdən N.Paşinyan Bakının təkliflərini qəbul etmir, vaxt uzatmağa və mövqeyini yaxşılaşdırmağa cəhd edir.

 

Sülh prosesində süni əngəllər yaratmaqla bahəm, Ermənistan sürətlə silahlanır, Azərbaycanla şərti dövlət sərhədinin perimetri boyunca yeni mövqelər, istehkamlar inşa edir və bütün bunları Fransa ilə aktiv məsləhətləşmələrlə müşayiət edir.

 

Fransanın tələbi ilə İrəvan qarabağlı ermənilərlə bağlı yeni tələblərini səsləndirir, bu absurd narrativi danışıqlpar prosesinə daxil etməyə çalışır. Çünki İrəvan əla bilir ki, Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış etnik ermənilərlə bağlı məsələnin prosesdə əks olunmasına Bakı heç bir vəchlə imkan verməyəcək.

 

İrəvan habelə, Qərbi Azərbaycandan deportasiya edilmiş etnik azərbaycanlıların geri qayıdış haqlarının təminatı məsələsinin müzakirəsindən də yayınır.

 

Belə vəziyyətdə Rusiya sülh sazitşinin mütləq şəkildə Moskvada imzalanmasını arzulayır, çünki belədə Rusiyanın Cənubi Qafqazdakı vasitəçilik rolu təsdiqlənərdi.

 

Kreml onu da görür ki, Ermənistan strateji müttəfiq və havadar qismində onu Fransa, yaxud ABŞ ilə əvəzləmək, Cənubi Qafqazda Rusiyaya alternativ güc aramaq niyyətindədir.

 

Fransa və Hindistandan silah-sursatla hərbi texnika alınması da ermənilərin məhz bu strateji konsepsiyasında yer alan məqamlar olduğundan, İrəvanın Qərbə istiqamətlənməsi Rusiyanı ifrat dərəcədə qəzəbləndirib.

 

Bu gün Ermənistanın ikitərəfli danışıqlardan, habelə Moskva formatından boyun qaçırmaqla Qərbin bölgəyə təsirini artırmaq istəkləri Rusiyanın səbr kasasını daşdıracaq.

 

Nikol Paşinyan vədlərə aldanaraq çox riskli qərarlar verir.

 

Bu qərarların Ermənistan üçün hansı sonuclar verəcəyini çox yaxında görəcəyik.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.