Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında yazıb.
Səfir bildirib ki, Azərbaycan bu ilin iyununda Londonda keçirilən Ukraynanın Bərpası Konfransında vəd etdiyi humanitar minatəmizləmə maşınını Ukraynaya bağışlayıb.
Diplomat onu da əlavə edib ki, “İmprotex Industries” istehsalçı şirkətinin mütəxəssisləri onun istismarı ilə bağlı ukraynalı mütəxəssislərə təlimlərə başlayıblar.