Rusiya sülhməramlıları Qarabağda həlak olan hərbçilərinə abidə qoydular
FOTO

Şənbə günü SSRİ və Rusiya sülhməramlılarının BMT missiyalarında iştirakının 50 illiyini qeyd edilib.

 

Senzor.az erməni mətbuatına istinadən bildirir ki, bu münasibətlə noyabrın 25-də 2023-cü il sentyabrın 20-də Qarabağda Rusiya Sülhməramlı Kontingentinin dislokasiya olunduğu  ərazidə həlak olmuş sülhməramlıların şərəfinə ucaldılan abidənin açılışı olub.


Xatırladaq ki, bu il sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulmuşdu. Hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş vermişdi. Avtomobildə olan hərbçilər həlak olmuşdu. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş Prokurorluğunun o vaxt yaydığı məlumatda deyilirdi ki, sentyabrın 20-də Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın avtomobildə olan hərbi qulluqçuları həlak olublar.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.