Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) öz Nizamnaməsini “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunaşdırmaq üçün qurultay keçirib və qurultayda partiya Nizamnaməsinə qanunun tələblərindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilib.
AMİP-dən Senzor.az-a verilən məlumata görə, Nizamnamədə həmçinin təşkilatın icra və qərarverici qurumlarının vəzifə və səlahiyyətləri, təyinatlı və seçkili qurumların formalaşması və say tərkibi ilə bağlı da müvafiq dəyişiklər edilib, partiyanın idarəedici orqanı olan Siyasi Şuranın birbaşa Qurultay tərəfindən seçilməsi, rayon (şəhər) təşkilat sədrlərinin Siyasi Şura tərəfindən təsdiqi, AMİP Mərkəzi Şurasının adının dəyişdirilərək AMİP Ali Məclisi adlandırılması ilə bağlı düzəlişlər edilib.
Qurultayda, həmçinin ölkədə və regionda mövcud olan siyasi vəziyyət, beynəlxalq güclərin ədalətsiz mövqeyi, eləcə də ölkəmizdəki sosial-iqtisadi vəziyyətlə bağlı geniş müzakirələr aparılıb.