Bakıda müharibə elan edildi: BU ƏRAZİ UĞRUNDA SAVAŞ BAŞLAYIR
ŞƏRH - PROQNOZ

Venesuela qonşusu Qayananın üçdə iki hissəsini əhatə edən Essekibonu özünə birləşdirməyə hazırlaşır. Rəsmi Karakas hərbi əməliyyatlara başlamaq üçün dekabrın 3-də referendum keçirməyi planlaşdırır.

 

Diqqətçəkən məqam Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez Berroteranın ötən gün keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı açıqlama verməsidir.


“Essekibo ərazisi Venesuela üçün böyük əhəmiyyət kəsb edir, onun ölkəyə daxil olması ərazi bütövlüyümüzün bərpası deməkdir”.

 

Səfir deyib ki, dekabrın 3-də keçiriləcək referendum sayəsində bu ərazi ətrafında yaranmış mübahisəni demokratik yolla, əhalinin səsləri ilə həll etməyə çalışacaqlar. 

O, “məsələni demokratik yolla həll etməyə çalışacağıq” desə də, müharibənin qaçılmaz olduğu ehtimal edilir. Çünki artıq Venesuela ordusuna döyüş əmri verilib. Rəsmi Karakas iki aya yaxındır ki, hərbi hazırlıqlara başlayıb.

 

Prosesin pərdəarxası əslində tamamilə fərqlidir. Əvvəlcə onu deyim ki, Essekibo ərazisi ilə bağlı münaqişə 200 ildir davam edir. Daha çox dondurlumuş bir münaqişə olan Essekibo son zamanlar yenidən alovlanıb. Venesuala ərazinin ona məxsus olduğunu iddia etsə də, Qayana bunu inkar edir.

 

Ərazini Venesuela üçün cəlbedici edən əsas səbəb təbii sərvətləridir. Belə ki, 159 min 500 kvadrat kilometrlik həmin ərazi neft, qaz, qızıl, almaz, uran və bir çox digər mineral ehtiyatlarla zəngindir. Qayana hakimiyyətinin 2015-ci ildə ABŞ-ın “Exxon” şirkətinə neft rezervləri kəşf etməsi üçün icazə verməsi Venesuelanın işğala hazırlaşması üçün hazırlıqlara başlamasına gətirib çıxardı. Son illərdə Qayanın BƏƏ kimi bir neft dövləti olmaq siyasəti yeritməsi Maduronun iştahını daha da qabardıb. Maduro faktiki olaraq Essekibo ərazisini Qayanın əlindən alaraq neft səltənətini daha da gücləndirmək istəyir.

 

Pərdəarxası oyunçu

 

Venesuelanın Qayana ilə müharibəyə hazırlaşması diqqət çəksə də, Maduronun indiki məqamda buna cəsarət etməsi və onun arxasındakı gücün kim olması bir o qədər düşündürücüdür. 

Madura diktator olsa da, siyasi proseləri yaxşı izləyir. O bilir ki, hazırda dünya ictimaiyyətinin başı Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələrinə qarışıb. Bundan başqa, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ imzalanmayıb. Yəni Cənubi Qafqazda da gərginlik alovlana bilər. Serbiyanın bir müddətdir Kosovo sərhədinə hərbi kontingent cəlb etməsi, Pakistanla Hindistan arasında son zamanlar gərginliklərin baş verməsi gələcəkdə bu regionlarda münaqişələrin alovlanma ehtimalından xəbər verir.

 

Venesuala Prezidenti bütün bunları bildiyi üçün müəyyən mənada arxayındır. Dünyanın Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələri qala-qala Cənubi Amerikaya diqqət ayırmayacağını düşünür. Digər tərəfdən, Maduronu cəsarətləndirən əsas ölkə, şübhəsiz, Rusiyadır. Rəsmi Moskva onsuz da dünya ictimaiyyətinin diqqətini Ukraynadakı müharibədən uzaq tutmağa çalışır. Bu məqsədlə aktiv şəkildə HƏMAS-ı dəstəkləyir. Kreml bundan başqa Ermənistanla Azərbaycan arasında yeni hərbi toqquşmanın baş verməsinə çalışır. Belə olan təqdirdə Latın Amerikasında, yəni ABŞ-a daha yaxın bir regionda müharibənin başlaması Ukrayna müharibəsində Rusiyanın əlini gücləndirə bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.