Azərbaycanla Ermənistan hansı razılığa gəldilər? - ŞƏRTİ SƏRHƏDDƏKİ GÖRÜŞÜN PƏRDƏARXASI MƏQAMLARI
VİDEO

Xəbər verdiyimiz kimi, Qazax yaxınlığında Azərbaycan-Ermənistan şərti sərhədində hər iki ölkənin Baş nazir müavinləri - Şahin Mustafayevlə Mqer Qriqoryan arasında növbəti görüş olub.

 

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşündə delimitasiya məsələlərinin müzakirəsi davam etdirilib, bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib.

 

Komissiyanın növbəti iclasının Qazax yaxınlığında keçirilməsi heç də təsadüfi deyil.

 

Azərbaycanın səkkiz kəndi hələ də işğal altındadır. Ermənistanın atdığı qeyri-adekvat addımlar isə tərəflər arasında sülh danışıqlarını yubadır.

 

Bəs görəsən, 2023-cü ilin bitməsinə sayılı günlər qaldığı dövrdə reallaşan bu görüşün hər hansı əhəmiyyəti olacaqmı?

 

Millət vəkili Sahib Alıyev bildirib ki, delimitasiya məhz danışıq keçirilən kəndin - Balacəfərlinin bir neçə kilometrliyində erməni işğalı altında olan Qazaxın 7 kəndindən başlasaydı, bu danışıqlarda irəliləyiş ola bilərdi: “Ermənistan buna gedəcəkmi? Fikirləşirəm ki, yox. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan necə öz torpaqlarını azad etdisə, bu regionda sülhü də təmin edəcək. İndiyədək atılan addımlarda Azərbaycanın məcburetmə mexanizmi işə düşüb. Yenə də mənə elə gəlir ki, qarşı tərəf üçün ayıldıcı hər hansısa bir addım atılandan sonra onlar başa düşəcəklər ki, bu cür sülh anlaşması hər bir tərəf üçün maraqlıdır”.

 

Qeyd edək ki, tərəflər Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin növbəti görüşün keçirilməsinin tarixi və yeri barədə razılaşıblar.

 

Ətraflı Baku TV-nin süjetində:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.