Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində müzakirəsinin vacibliyi qeyd olunub.