“ABŞ administrasiyası Azərbaycanla qarşılıqlı əlaqələrdən əl çəkmək niyyətində deyil”.
Senzor.az bildirir ki, bunu jurnalistlərə növbəti brifinq zamanı ABŞ Dövlət Departamenti Mətbuat Xidmətinin rəhbəri Metyu Miller deyib.
Onun sözlərinə görə, sözügedən əlaqələr ABŞ-ın milli maraqlarına cavab verir: “Biz heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyimizi deməmişik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza zidd olardı”.
O, əlavə edib ki, ABŞ “həm Azərbaycan, həm də Ermənistanla birbaşa qarşılıqlı əlaqəni davam etdirir”.