Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı deyib.
“Başqa sözlə, biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı həll olunması mümkün olmayan “dqr”in yaradılması probleminə qoymuşuq”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, illərdir onlara deyiblər ki, yol, məktəb, xəstəxana tikməyin: “Hətta deyirdilər: “Ordu nəyə lazımdır? Sizin arxanızda biz durmuşuq. Nə probleminiz var?” Nəticədə biz öz resurslarımızı həll edilməyən problemə xərclədik”.
Nikol Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutduğuna eyham vurub.
Xatırladaq ki, Nikol Paşinyan Dilicanda əsaslı təmir olunmuş idman məktəbinin açılışında da iştirak edib.