BƏZİ “ALABAŞLARA”… - Dövlətimizə, Vətənimizə kəc baxanların, bizi təhdid edənlərin qarşısında susmalıyıq?
MİR ŞAHİN TELEKANALLARI QINAYANLARIN CAVABINI VERDİ

…qaragüruhun ixtiyarında olan “alabaş” platformalarda tez-tez belə “qınaq”lara hədəf oluruq: Azərbaycan TV-ləri bir gün Fransanın, bir gün İranın, bir gün ABŞ-ın, bir gün Rusiyanın üzərinə gedir! “Bu, sifarişdı!”, “Tapşırıqla işləyirlər!”,  “Yandaş” belə gəldi, “trol” elə getdi…

 

… Və bu özgə qabı yalayanlar, “yaldaşlar” adi bir həqiqəti başa düşə bilmirlər, ya da onlara qanmaq sərf eləmir ki, Fransa da, ABŞ da, İran da, Rusiya və s.-də Azərbaycana qarşı atdıqları bədxah addımlara görə bizim ən sərt cavablarımıza məruz qala bilərlər və bilirlər. Bu cavab seansları bir gün də, bir həftə də, aylar da, hətta illər də davam edə bilər. Bu o qədər təbii bir prosesdir ki!!!

 

Bəs necə olmalıdır? Dövlətimizə,   Vətənimizə kəc baxacaqlar, Azərbaycana kinlə, qərəzlə yanaşacaqlar, düşmənimizlə dost olacaqlar, bizi təhdid edəcəklər, sərhədimizə qoşun yığacaqlar, biz də  pauza rejimində dayanıb gözləyəcəyik!? Ya da vəziyyət dəyişəcək: başları əhlət daşına dəyəcək, səhvlərini anlayacaqlar, Azərbaycana tərəf addım atacaqlar, düz yol seçəcəklər, dövlətlərimiz arasındakı münasibətlərin normallaşmasına çalışacaqlar, amma biz…

 

… amma biz köhnə qaydada-düşmənçiliyə davam edəcək, nifrət təhkiyəsinə sadiq qalacağıq!?! Yəni doğrudan bunu anlamaq çətindir ki, Azərbaycanı təhdid hədəfi edən ABŞ rəsmisi ilə öz səhvini dərk edərək ölkəmizə səfərə gələn ABŞ təmsilçisini eyni tutmaq olmaz. Eyni dövlət, eyni şəxs olsa da. Və ya: Araz çayı üzərindən xüsusi körpü ataraq üstümüzə düşmən kimi gələn, səfirliyimizə terror hücumunun baş verməsini mümkün edən bir İrana nifrət bəsləmək təbii olduğu kimi, Naxçıvanla bizi birləşdirəcək tale yolumuz olmağa hazır olan, Qarabağ boyda Qələbəmizi səmimi şəkildə qəbul edən İran da sayğıya layiqdir. Eynilə başqa dövlətlərin də ağı, qarası var. Dəyişənlərə qarşı, əlbəttə, biz də dəyişirik. 

 

Hansı dövlət olmasının fərqi yoxdu-sabah yenə səhv  edəcəksə biz ona həyatı başa salacaq, yenə də Dövlətimizin yanında olacağıq. Amerika açmaq, yaxud “Bismillah!” demək isə heç vaxt gec deyil.

 

Mir Şahin Ağayev, 

Real TV-nin baş direktoru






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.