İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb.
 
Senzor.az bildirir ki, başsağlığıda deyilir:
 
"Hörmətli Vladimir Vladimiroviç.
 
Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
 
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm".

Senzor.az xatırladır ki, Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Hadisə nəticəsində üçü xilasedici olmaqla 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
 
Məlumata görə, yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.