Rusiya Müdafiə Nazirliyi (MN) dekabrın 11-də Xankəndidə sülhməramlı kontingentə məxsus zirehli döyüş maşınının qəzaya uğraması barədə məlumat yayıb.
Senzor.az Nazirliyə istinadən bildirir ki, BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.
"Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.