BMT-nin Cenevrədəki ofisi qarşısında Fransa müstəmləkəçiliyinə qarşı aksiya – BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ
FOTO

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Cenevrədə təşkil olunan “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransının iştirakçıları BMT-nin bu şəhərdəki ofisi qarşısında dinc aksiya keçiriblər.

 

Senzor.az bildirir ki, aksiyanın Fransanın keçmiş və indiki müstəmləkələrindən olan iştirakçıları beynəlxalq ictimaiyyətin diqqətini rəsmi Parisin Fransanın müstəmləkə siyasətinə cəlb ediblər.

 

Etirazçılar əllərində “Pıçıldayan dəyişiklik: müstəmləkəyə qon qoyun, humanist olun, sülhü təmin edin!”, “Sükutla tələb edirik: Hüquqlar, Sülh və Təhlükəsizlik naminə müstəmləkəyə son!”, “Səssiz səslər, gurultulu dəyişiklik: Sülh və hüquqlar naminə müstəmləkəyə son!”, “Dekolonizasiya, sülh və insan ləyaqəti uğrunda səssiz yürüş!”, “Ədaləti pıçıldayaraq, Sülh qışqıraraq: Hamı üçün müstəmləkəyə son qoyaq!”, “⁠Hər kəsin azadlıqda yaşamaq hüququ var, niyə də bizim də olmasın?!” yazılmış plakatlarla BMT binasının qarşısına toplaşıblar. Onlar beynəlxalq ictimaiyyəti onları dəstəkləməyə çağırıb, müstəmləkə ölkələrini kolonializmə son qoymağa səsləyiblər.

 

Onlar Fransa müstəmləkəçiliyinə son qoymaq uğrunda apardıqları mübarizələrini qətiyyətlə sona qədər davam etdirəcəklərini bildiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.