AMİP Prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək - RƏSMİ
FOTO

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)  Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. 

 

Bu barədə Senzor.az-a AMİP-in mətbuat xidmətindən məlumat verilib.

 

İclasda növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunub. Müzakirələr zamanı 7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçki kimi tarixə düşəcəyi xüsusi qeyd edilib.  

Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib və Azərbaycan Milli İstiqlal Partiyasının Prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi haqda qərar verib.

 

AMİP Siyasi Şurası həmçinin, qanunvericiliyə müvafiq olaraq seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərar qəbul edib. 

İclasda 23 dekabr 2023-cü il tarixinə AMİP Ali Məclisinin iclasının çağırılması haqqında da qərar qəbul olunub.

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.