Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.
“Rusiyanın daxili işlərinə istənilən müdaxilənin qarşısı Rusiya qanunlarına uyğun olaraq sərt şəkildə alınacaq. Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik”, - deyə Putin bildirib.
O, ölkədə yeganə hakimiyyət mənbəyinin xalq olduğunu vurğulayıb.
V.Putin həmçinin deyib ki, Rusiyada seçki kampaniyası rəqabət əsasında keçirilməlidir: "Hər şey rəqabət əsasında və Rusiya Federasiyasının qanunlarına tam uyğun olaraq baş verməlidir".