Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) hesabat-seçki konfransı keçirilib.
Senzor.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən konfransda Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev federasiya prezidenti seçilib.
Mədət Quliyev çıxış edərək bu idman növünə sevgi yaranması üçün əllərindən gələni etmələrinin vacibliyini vurğulayıb: "Çalışmalıyıq ki, insanlar işlərə və s. yerlərə velosipedlə getsin. Federasiya olaraq peşəkar idmançılar yetişdirmək istəyirik. Elçin Əsədov Olimpiya Oyunlarında iştirak edib. Regionlarda bu idman növünə marağı artırmalıyıq. Öz kadrlarımızın üstündə işləməyə çalışacağıq. Böyük nailiyyətlər əldə edəcəyimizə inanıram. Dünyada 40-a yaxın peşəkar velosiped komandası var. Çalışmalıyıq ki, ölkəmiz də burada təmsil olunsun".
Qeyd edək ki, M.Quliyev bu postda keçmiş vergilər naziri Fazil Məmmədovu əvəzləyib.
F. Məmmədov toplantıda iştirak etməyib.