Yerli hakimiyyət orqanlarından səfərbərlik işində daha çox yardım gözləyirik.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.
R.Umerov hesab edir ki, Müdafiə Nazirliyinin və yerli hakimiyyət orqanlarının hərbi xidmətə cəlb olunanların və əhalinin milli müqavimətə hazırlanmasına yanaşmaları dəyişməlidir: "Bütün insanlarımız öyrədilməli və hazırlanmalıdır”.
Nazir yerli hakimiyyət orqanları ilə işin digər əsas istiqaməti kimi istehkamların tikintisini göstərib: “Bu, ölkəmizi qorumaq üçündür".