Türkiyənin müxalifət partiyası bir gündə 13 minə yaxın üzvünü itirdi - İSTEFA

Türkiyənin müxalif İYİ Partiyasının Diyarbəkir vilayəti üzrə regional şöbəsinin rəhbəri Vejdin Ənsarioğlu dekabrın 16-da partiyanı təxminən 13 min nəfərin tərk etdiyini bildirib.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

“Mən və 2018-ci ildən uğrunda mübarizə apardığımız İYİ Partiyanın regional şöbəsinin 12 750 üzvü istefa veririk”, - Ənsarioğlu “X” sosial şəbəkəsində yazıb.

 

Mayın sonundan partiyanın koalisiya daxilində seçkilərdə iştirakına görə orta nəticə göstərməsindən sonra istefalar və qalmaqallar baş qaldırıb.

 

Prezident və parlament seçkilərindən sonra koalisiya dağılıb, İYİ Partiyanın lideri Meral Akşener artıq koalisiyalara girmək niyyətində olmadığını və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində partiyanın müstəqil iştirak edəcəyini açıqlayıb.

 

Yeni müxalifət lideri Özgür Özəl onu inandırmağa çalışsa da, səyləri uğursuz olub.

 

Noyabra olan rəsmi məlumata görə, İYİ Partiyanın 617 min nəfərdən çox üzvü var, bu göstərici ölkə üzrə üçüncüdür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.