
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə deyib.
“Bu gün üçtərəfli formatda müzakirə etdiyimiz rabitə, nəqliyyat marşrutları regionun bütün ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatı üçün son dərəcə vacibdir, çünki strateji tərəfdaşlığımızı təmin edəcək kommunikasiya xətlərinin bərpasında maraqlıyıq”, - Rusiya lideri qeyd edib.
"Ümid edirəm ki, biz bu işin son mərhələsinədək irəliləyəcəyik. Mən bu gün gördüm ki, əlavə təsdiq tələb edən bəzi şeylər var, lakin fundamental xarakter daşımır", - Putin vurğulayıb.
Putin əlavə edib ki, iqtisadi məsələlər razılaşdırılıb, bundan sonra bölgədə fərqli ab-hava yaranacaq.