Rusiya və Çin Baydenin “Demokratiya sammiti” ideyasını rədd edirlər -
BİRGƏ ETİRAZ
Çin və Rusiya ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrda keçiriləcək beynəlxalq “Demokratiya sammiti” ideyasını rədd edirlər. 
 
“İnterfaks” bildirir ki, bu barədə Rusiya və Çinin ABŞ-dakı səfirləri Anatoli Antonov və Qin Qanqın “National Interest”də dərc olunmuş birgə məqaləsində deyilir.
 
Məqalədə bildirilir ki, belə bir tədbirin keçirilməsi ideoloji konfrontasiyaya və dünyada parçalanmaya səbəb olacaq, yeni “ayırıcı xətlər” yaradacaq.
 
“Demokratiya konkret ölkənin və ya ölkələr qrupunun müstəsna hüququ deyil, bütün xalqların ümumbəşəri hüququdur. Bu, bir neçə yolla həyata keçirilə bilər və heç bir model bütün ölkələrə uyğun gələ bilməz. Ona görə də demokratiyanın əsas meyarı xalq olmalıdır və yalnız onların öz ölkələrini idarə etmək hüququ var”, - deyə səfirlər bildiriblər.
 
Bundan əvvəl ABŞ dekabrın 9-10-da keçiriləcək “demokratiya sammiti”nə dəvət olunan ölkələrin siyahısını açıqlamışdı, bu siyahıda Rusiya və Çin yer almamışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.