İranın Ali dini lideri Ayətullah Əli Xamenei müsəlman ölkələrini İsrailə yanacaq və digər məhsulların çatdırılmasının qarşısını almağa çağırıb.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Xameneinin sözlərinə görə, İsrail suyun Qəzza zolağına daxil olmasına mane olur: “Müsəlman xalqları öz rejimlərindən İsrailə yardımı dayandırmağı və onunla əlaqələri kəsməyi tələb etməlidirlər”.