Arestoviç: “Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır”

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç ölkəsini Rusiya ilə danışıqlar aparmağa və “Qərbin bir hissəsi olmaq” planlarından əl çəkməyə, həmçinin Qərb ölkələrinə qarşı “birgə iddia” qaldırmağa çağırıb.

 

Strana.ua bildirir ki, o, bu barədə rusiyalı jurnalist Yuliya Latıninanın efirində danışıb.

 

Siyasətçi bəyan edib ki, bir-birini öldürməyə davam etməyin mənasını görmür.

 

“Niyə? Bundan nə qazanırıq - həm Rusiya, həm də Ukrayna... Brüssel və Vaşinqtonun regional komitələrindən olan əmilərin xoşuna gəlir, iki bıçaqlı meymun bir-birini öldürərkən alqışlayırlar?” - deyə Arestoviç sual edib.

 

Onun fikrincə, Ukraynanın hazırkı modeli sıradan çıxıb və yalnız “yeni Ukrayna” Rusiya Federasiyası ilə razılığa gələ biləcək. Putin bugünkü Ukraynaya “təzyiq göstərəcək” və “o, dayanmaq fikrində deyil”.

 

“Ona görə də “Putinin yanına getməli və birlikdə Qərbə qarşı iddia qaldırmağı təklif etməliyik”, - Aretoviç bildirib.

 

O hesab edir ki, Qərb Ukraynadakı müharibəyə qoşulmadı, həmçinin NATO-nu genişləndirməklə Rusiyanın maraqlarını nəzərə almadı. Odur ki, bütün tərəflərin maraqlarını nəzərə alan yeni kollektiv təhlükəsizlik sistemi yaradılmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.