Bu gün Qırğızıstan parlamentinə seçkilər keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-da açılıb, 20.00-də bağlanacaq.
Seçkilərə Qırğızıstanda fəaliyyət göstərən 21 partiya və 287 müstəqil namizəd qatılıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, ölkədə 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var.
Yeni qanunvericiliyə görə, indiki parlament 90 deputatdan ibarət olacaq. Bunun 54-ü partiya siyahıları üzrə, 36-sı müstəqil deputat kimi fəaliyyət göstərəcək.
Müşahidəçilərin dediyinə görə, Qırğızıstanda ilk dəfə olaraq Prezident Administrasiyası və respublikanın Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib.
Qırğızıstan Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Bişkekin mərkəzindəki 1053 nömrəli seçki məntəqəsində səs veriblər.