Azərbaycanəsilli türk siyasətçisi, ATA alyansının Türkiyə prezidentliyinə keçmiş namizədi Sinan Oğan “Qalatasaray” və “Fənərbaxça” komandaları arasında futbol üzrə ölkə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.
Senzor.az bildirir ki, bu barədə siyasətçi rəsmi “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, “Xankəndi” stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!”
Xatırladaq ki, Superkubok oyunu dünən Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin bəzi qadağalar səbəbindən komandalar oyuna çıxmaqdan imtina ediblər.