Fransa prezidenti Emmanuel Makron Yeni il münasibətilə xalqa müraciəti zamanı Fransa bayrağının təsvirinin görkəmli yerdə yerləşdirilməsi ənənəsindən imtina edərək qəbuledilməz hərəkət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş üzvü Florian Filippot deyib.
“O necə cəsarət etdi! Yeni il müraciəti zamanı Makronun arxasında Fransa bayrağı yox idi!”, – siyasətçi X səhifəsində yazıb.
Filipponun sözlərinə görə, ölkə bayrağı “o yerə endirilib” ki, bu, prezidentin çıxışı zamanı onun arxasında dalğalanan çoxlu sayda digər Avropa ölkələrinin bayraqlarından sadəcə biridir. Partiya lideri prezidentin bu qərarını Makronun Fransaya nifrət etdiyinin daha bir sübutu hesab edib.