Qatı ermənipərəst mövqeyi ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə casusluqda ittiham olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc olunan sənədlərdə belə deyilir.
Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib. Bunun üçün Menendes “Qətər hökumətinin xeyrinə olan işləri görməli olub”.
Xatırladaq ki, ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələrin təşəbbüskarı məhz Menendes olub. O, Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistana hərbi yardım göstərilməsi haqqında qanun layihəsinin müəllifidir, Konqresin Ermənistan məsələləri üzrə parlament qrupunun üzvü olub. 2022-ci ildə Ermənistanın maraqlarını müdafiə etdiyinə görə o, Ermənistanın “Dostluq” ordeni ilə təltif edilib.
Senzor.az