
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, rütubətin yüksək olması, yerüstü buludların mövcudluğu, mülayim və azsürətli küləyin üstünlüyü yerə yaxın təbəqədə dumanın inkişafına şərait yaradır.
G.Məmmədova bildirib ki, bu gün gecə və sabah səhər saatlarında fasilələrlə belə duman olacaq.