İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən 11 nəfər həbs olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ETTELAAT məlumat yayıb.
Məlumata görə, Kirmanda partlayışı törədən kamikadzelərdən ikisinin yaşadığı ev də tapılıb. Evdə istifadəyə hazır partlayıcı qurğular, o cümlədən partlayıcı kəmərlər olub.
İran Daxili İşlər Nazirliyi isə partlayışların baş verdiyi ərazilərdə iki kamikadzenin qalıqlarının tapıldığını bildirib. İstintaqın məlumatına görə, kamikadzelərdən biri Tacikistan vətəndaşıdır. İkinci terrorçunun kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb.