Almaniyanın paytaxtı Berlin şəhərində fermerlər etiraz aksiyası keçirirlər.
Ura.ru-nun məlumatına görə, Almaniyanın hər yerindən gələn yüzlərlə fermer etiraz əlaməti olaraq traktorları Brandenburq qapısına aparıblar.
Gecədən başlayan aksiya hələ də davam edir.
Fermerlər hökumətin kənd təsərrüfatı siyasətinə görə etiraz edirlər. Onlar subsidiyaların kəsilməsindən narazıdırlar. Etirazçılar nümayişlərin bir həftə davam edəcəyini bildirirlər.
Qeyd olunur ki, dəhşətli tətillər və avtomobil yollarının blokadaları bazar ertəsindən etibarən bütün Almaniyanı bürüyəcək.