Ermənistanda bir sıra fəxri adlar ləğv olunacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan ədliyyə nazirinin müavini Armenui Arutyunyan deyib.
"Xalq artisti, əməkdar incəsənət xadimi, jurnalist, mədəniyyət xadimi, iqtisadi sfera işçisi. Bütün bunlar ləğv olunacaq. Yalnız bir ad qalacaq: Əməkdar kollektiv", - nazir müavini vurğulayıb.
Nazir müavininin sözlərinə görə, bu rütbələrin peşəkar artımla heç bir əlaqəsi yoxdur.