Tayvanın hakim Demokratik İnkişaf Partiyasının namizədi Lai Çinq-Te ölkənin yeni prezidenti seçilib.
Bu barədə "NBC Nyus" məlumat yayıb.
Məlumata görə, Lai səsvermədə 40 faiz səslə qalib gəlib. Ana müxalifət partiyası Kuomintanqın namizədi Hou Yu 33%, Tayvan Xalq Partiyasının qurucusu Ko Ven-Je isə 26% səs toplayıb.
Qeyd edək ki, bu gün Tayvanda parlament seçkiləri də baş tutub. Parlament seçkilərində Çin millətçiləri qalib gəlsə də, prezident seçicilərini Tayvanın müstəqilliyini istəyən hazırkı hakim partiya qazanıb.
Senzor.az bildirir ki, bu arada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tayvandakı seçkilərə münasibət bildirib.
XİN-in Mətbuat xidməti idarəsinin yaydığı məlumatda deyilir ki, “Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir”.
O da qeyd olunur ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir: “Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”.