İrəvan məhkəməsi Ermənistanın "Milli Qəhrəmanı", Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə onun vəkili Varazdat Arutyunyan məlumat yayıb.
O qeyd edib ki, T.Xaçatryana qarşı silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, T.Xaçatryan kütləvi dava zamanı restoranda silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər yaralanıb.