ABŞ-da iş adamı, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami prezidentlik yarışından çəkildiyini açıqlayıb.
TASS bildirir ki, o bu barədə Ayova ştatında tərəfdarları qarşısındakı çıxışı zamanı bəyan edib.
“Biz prezidentlik kampaniyasını dayandırırıq”, - deyə Vivek Ramasvami qeyd edib.
Ramasvami, həmçinin, 2024-cü il prezident seçkisində ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyəcəyini söyləyib.
“O (Tramp) mənim tam dəstəyimi alacaq”, - deyə iş adamı əlavə edib.
Xatırladaq ki, daha əvvəl məşhur “Newsweek” nəşrində dərc olunan yazıda Vivek Ramasvaminin Donald Trampın xeyrinə seçki yarışından çıxa biləcəyi bildirilib. Həmçinin, Donald Trampın Ağ Evə qayıtması halında Ramasvaminin vitse-prezident olmaq niyyəti ilə bağlı da vurğulanıb.
Qeyd edək ki, bu şəxs erməni lobbisinə yaxınlığı ilə və keçmiş Qarabağ separatçılarının müdafiəçisi kimi tanınır.