ABŞ husiləri yenidən terror təşkilatları siyahısına salıb.
Senzor.az yerli KİV-ə stinadən bildirir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, çoxsaylı xəbərdarlıqlara və diplomatik səylərə baxmayaraq, husilərin hücumları dayanmayıb.
Qeyd edək ki, Amerikanın keçmiş lideri Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında da husiləri terror təşkilatları siyahısına daxil etmişdi. Amma həmin ilin fevralında Cozef Bayden administrasiyası husiləri bu siyahıdan çıxardı.