Pakistan hökumətinin rəhbəri Davos Forumunu yarımçıq tərk etdi - İRANLA GƏRGİNLİYƏ GÖRƏ

Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyub və İslamabada qayıdıb.

 

Bu barədə "The News International" qəzeti məlumat yayıb.

 

Qeyd edilib ki, yanvarın 16-da İran Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək “Ceyş əl-Zolm” terror qruplaşmasının Pakistandakı ərazisinə hücum etdiyi üçün Baş nazir təcili olaraq vətəninə qayıtmaq qərarına gəlib.

 

Xatırladaq ki, yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Tehranın iddiasına əsasən, SEPAH “Ceyş əl-Ədl” qruplaşmasının qərargahlarını vurub. Əməliyyatda PUA və raketlərdən istifadə edilib. 

 

Pakistan Xarici İşlər Nazirliyi isə bunu ciddi nəticələrə səbəb ola biləcək hava məkanının pozulması adlandırıb.

 

Bu gün də Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə aviazərbələr endirib, nəticədə 7 nəfər ölüb.  Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin də terrorçuların sığınacaqları olduğunu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.