Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi:
“SEÇKİLƏRDƏN SONRA BAKI İLƏ...”

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Aİ-nin nümayəndəsi sosial şəbəkədə məlumat paylaşıb.

 

“Aİ-nin Ermənistan – Azərbaycan hərtərəfli sülh nizamlanmasına dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və İrəvan arasında məzmunlu ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, – o qeyd edib.

 

Qeyd edək ki, ötən gün Klaar Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryanla Azərbaycanla sülh prosesi barədə müzakirələr aparıb.

 

Onu da xatırladaq ki, Klaar Ermənistandan sonra Bakıya səfər etməyib və bunu Azərbaycanda seçki təbliğatının başlanması ilə izah edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.