ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Senzor.az bildirir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - səfir bildirib.
Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür.