MAKRON SİNDROMU: Böyük görünmək istəyən SİYASƏT CIRTDANI
ELÇİN ALIOĞLU YAZIR

Fransa Senatının, Avropa Parlamentinin, müxtəlif avropalı siyasətçilərin və s. Azərbaycanla bağlı tutduqları qərəzli, isterik mövqe təsadüfi deyil. Bütün bu bəyanatların, qətnamələrin, açıqlamaların və davranışların səbəbləri var.

 

Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tələb edən qətnaməsi, Avropa Parlamentinin Bakının "cəzalandırılması"nın istənildiyi bəyanatı, fransalı senatorların, merlərin, siyasətçilərin bəyanatları birmənalı olaraq Azərbaycanla qarşıdurmanın yeni səviyyəyə daşınmasıdır. Yaxın vaxtlarda Avropa Parlamenti və Fransa ilə ölkəmiz arasında münasibətlərin normalllaşacağından danışmağa belə, dəyməz.

 

Hadisələrin məcrasını və indiki vəziyyətin məzmununu nəzərə alsaq, yaxın perspektivdə nələrin baş verəcəyi maraqlıdır.

 

Fransa Senatındakı səsvermə, daha doğrusu, vakxanaliya bir sıra məqamlara aydınlıq gətirdi. Söz yox, Ermənistanın tam dəstəkləndiyi və Azərbaycana qarşı ərazi iddialarının normal sayılaraq ölkəmizə sanksiyaların tətbiqinin istənildiyi sənəd əslində prezident Emmanuel Makronun birbaşa göstərişi ilə reallaşmış prosesin məntiqi nəticəsidir.

 

Həmin proses Avropa İttifaqı Siyasi Şurasının İspaniyanın Qranada şəhərində keçirilmiş sammitində başlanmışdı. Xatırladaq ki, həmin sammitdə Azərbaycan, Ermənistan və Avropa İttifaqı formatını Fransa prezidenti Emmanuel Makron "genişləndirməyə" çalışmış, müzakirələrə Almaniyanın baş naziri Olaf Şoltsu da qataraq "beştərəfli format"ı reallaşdırmağa çalışmışdı.

 

Lakin Azərbaycan bu sammitə qatılmadı və Fransanın da vasitəçilik, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı prosesdə moderatorluq niyyəti puç oldu.

 

Fransa Senatındakı məlum qətnamə ilə bağlı müzakirə və səsvermə zamanı orada Ermənistanın səfiri ilə yanaşı, Xankəndidəki keçmiş separatçı rejimin "nümayəndəsi" də vardı.

 

Bu isə bir daha Ermənistanın hakimiyyət dairələrinin gerçək niyyətlərinə aydınlıq gətirir.

 

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası Azərbaycanla sülh sazişini imzalamaqda maraqlı olduqlarını, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə mümkün qədər tez başlamaq istədiklərini, Azərbaycanın ərazi bütünlüyünü və sərhəd toxunulmazlığını tanıdıqlarını deyirlər.

 

Lakin Ermənistan səfirinin Senatadakı müzakirələrə qatılması İrəvanın əslində, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini sübut edir.

 

Bundan başqa, Ermənistanın XİN başçısının və parlament spikerinin bəyanatları da bunu göstərir.

 

Fransa prezidenti Emmanuel Makron Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmə və proseslərə birbaşa müdaxilə imkanları əldə etmək, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq niyyətindədir.

 

Rəsmi Bakı isə Parisin destruktiv və aqressiv niyyətlərinin qarşısını almaq, Fransanın planlarını neytrallaşdırmaq məcburiyyətindədir.

 

Ümumiyyətlə, Fransa Senatı ilə Avropa Parlamentinin bəyanatları, qətnamələri və açıqlamaları idiotizm təsiri bağışlayır.

 

Həmin sənədlərdə "Azərbaycandan zorla qovulmuş qarabağlı ermənilərin qayıdışının və təhlükəsizliyinin təminatı" istənilir.

 

Qarabağlı ermənilər zorla çıxarılmayıb və hələ indiyədək bir nəfər olsun belə, qarabağlı erməni bunu deməyib. Tam əksinə, onların istisnasız olaraq hamısı Azərbaycanı könüllü tərk edərək Ermənistana yollandıqlarını söyləyiblər.

 

Beynəlxalq müşahidəçilər, BMT missiyası, habelə Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasının mənsubları da qarabağlı ermənilərə qarşı hər hansı təqib və zorakılıq faktını qeydə almayıblar.

 

Azərbaycan bu şəxslərin geri qayıdışı ilə bağlı heç bir problem olmadığını dəfələrlə bəyan edib və indi də deyir. Bir şərtlə: həmin ermənilər mütləq şəkildə Azərbaycan pasportu almalı, ölkəmizin vətəndaşlığını qəbul etməlidirlər.

 

Prosesin alternativ həlli yoxdur, çünki heç bir ölkə, o cümlədən Azərbaycan, ərazisində on minlərlə qanunsuz miqrantın kompakt şəkildə yaşamasını, üstəlik yaşamaqla kifayətlənməyərək "müstəqillik" elan etmələri və mərkəzi hakimiyyətə tabe olmamaları ilə barışa bilməz.

 

Avropa İttifaqının heç bir ölkəsində bu ola bilməzsə, nə üçün Azərbaycan qarşısında belə marazmatik tələb səsləndirilməlidir ki...

 

Əslində, hər şey daha sadədir.

 

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində Fransa və Avropa İttifaqşı baş verənləri soyuqqanlılıqla, laqeydliklə müşahidə edirdi. Çünki kollektiv Qərb ilk əvvəl Sovetlər Birliyinin dağılmasını həzzlə izlədi, daha sonra postsovet məkanındakı qanlı toqquşmaları seyr etdi. Çünki bütün bunlar Qərbin maraqlarına tam cavab verirdi: qanlı toqquşmalar və münaqişələrlə, savaşlarla və müharibələrlə zəifləmiş ərazilər təbii ehtiyatlarla çox zəngin olduğundan Qərb o ərazilərdə savaşlarda, münaqişələrdə zəifləmiş ölkələri asanlıqla nəzarət altına alacağına şübhə etmirdi.

 

Cənubi Qafqaz da Qərbin birbaşa maraq dairəsində idi. Maraqlarının təminatı üçün Qərbə bölgəmizin kütləvi qarşıdurmalar və münaqişə ocağı kimi qalması gərəkdi: məsələ sonradan heç bir halda sülh sazişinin imzalananmaması ilə bağlı idi. Belə olardısa, Qərb ölkələri Cənubi Qafqaza asanlıqla, triumfal yürüşlə yeriyəccək, təbii ehtiyatları tam nəzarətə götürəcəkdilər.

 

Fəqət, kollektiv Qərb ağlına da gətirə bilməzdi ki, Azərbaycan güclənəcək, 30 illik erməni işğalına və qarabağlı ermənilərin separatizmi tarixə qovuşacaq. 

 

Bundan başqa, Azərbaycan enerjidaşıyıcılarının Avropa və dünya bazarlarına nəqlində çox önəmli loqistik qovşağa çevriləcək, Avropa İttifaqına ildə 20 milyard kubmetr olmaq şərtilə 15 il ərzində təbii qaz satışı ilə bağlı anlaşma imzalayacaq.

 

Bütün bunlara nail olan Azərbaycanın müstəqil, tam suveren xarici siyasət yürütməsi isə təbii ki, kollektiv Qərbi ifrat dərəcədə qıcıqlandırır.

 

Fransanın və ümumiyyətlə, Qərbdəki bir sıra ölkələrin Bakıya qərəzli, hətta düşmənçilik səviyyəsindəki münasibətinin də əsas vəsilələri budur. Ermənistana tam və total dəstək verən Fransanın bölgəmizlə bağlı yürütdüyü siyasətin məzmunu demokratiya, bəşəri dəyərlər, humanizm və ya beynəlxalq hüququn aliliyi yox, sırf merkantil maraqlardır.

 

Neokolonializm, irqçilik, islamofobiya, antisemitizm və ksenofobiya kimi bəlaları cəmiyyətində görmək istəməyən Fransa geosiyasi liderlik iddiasındadır.

 

Halbuki aynaya baxarsa, nəhəngi yox, əldən düşərək cırtdana çevrilməkdə olan siyasi orqanizmi görər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.