Sergey Markov: 20 Yanvar Sovet İttifaqının süqut nöqtəsi idi

20 Yanvar 1990-cı il hadisələrinin məsuliyyəti Mixail Qorbaçovun üzərindədir.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

 

Politoloq deyib: “Azərbaycanın Rusiyadakı çoxsaylı dostları adından Azərbaycan xalqına, həmin faciəli Yanvar günlərində bütün millətlərdən həlak olan insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız başa düşürük ki, bu, Sovet İttifaqının süqut nöqtəsi idi. Bu faciəli hadisələr siyasətçilərin məsuliyyətsizliyinin əvəzində xalqların ödədiyi çox böyük dəyəri göstərdi. Məhz xalq qarşısında məsuliyyət və müdrik qərarların qəbul edilməsi siyasi liderin əsas fərqləndirici cəhətidir. 1990-cı il 20 Yanvar hadisələrinə görə Mixail Qorbaçov və o dövrün digər siyasətçiləri məsuliyyət daşıyırlar”.

 

O qeyd edib ki, 1990-cı ilin 20 Yanvarı böyük faciələrin başlanğıcı idi ki, sonradan yüzlərlə, minlərlə insanın öldüyü Birinci Qarabağ müharibəsinə çevrildi.

 

“Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan böhranlı vəziyyətdən çıxmağı, tərəqqi yoluna qədəm qoymağı bacardı. Bütün Qarabağı özünə qaytaran və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini uğurla aparan Azərbaycanın parlaq qələbəsinə bütün dünya heyrətlənir”, - deyə Markov bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.