ABŞ iradəsini və əvvəlki gücünü itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Biz tənəzzülə uğramış ölkəyik, inamı, iradəni, gücü itirmiş ölkəyik. Biz sadəcə olaraq yolunu azmış bir ölkəyik”, - Tramp bildirib.
Siyasətçi söz verib ki, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ yenidən böyük ölkəyə çevriləcək: "Biz Amerika üçün heç kimin etmədiyi kimi mübarizə aparacağıq".