Türkiyə parlamenti aylarla davam edən müzakirələrdən sonra İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsveçin NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
Səsvermədə 346 deputat iştirak edib. Onların 287-si lehinə, 55-i isə əleyhinə səs verib.
Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.
İndi İsveçin NATO yolundakı yeganə maneə Macarıstandır. Budapeştin də yaxın günlərdə analoji qərar qəbul edəcəyi gözlənilir.