Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında belə deyilir.
Bildirilib ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.
Həmçinin, qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir: “Bəzi ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycan arasında davamlı sülh yarada biləcək yeganə vasitəçidir”.
“Report” xatırladır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də keçirdiyi mətbuat konfransında İrəvanın özünün təhlükəsizliyi üçün yeni müttəfiqlər axtarmağa başladığını demişdi.