ABŞ Prezidenti Co Bayden Konqresin əsas komitələrinin rəhbərlərinə Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı məktub göndərib.
Bu barədə “Röyters” öz mənbələrinə istinadla məlumat yayıb.
“Məktubda Bayden Konqresi satışı gecikmədən təsdiqləməyə çağırıb”, - mənbə bildirib.
Qeyd edək ki, dekabrın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.