Qarabağ separatçılarının Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq.
Senzor.az bildirir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib.
"Uzun illərdir Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayət törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıblar. Onların Azərbaycan məhkəmələri tərəfindən mühakimə ediməsi təmin olunacaq", - o vurğulayıb.
Baş prokuror, həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayından indiyədək 342 şəxs Ermənistanın mina terrorunun və hərbi sursat partlayışlarının qurbanı olub. Həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.