Paşinyan: Rusiya ilə hərbi əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz

Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz.

 

Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində deyib. 

 

“Biz başa düşməliyik ki, kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”, – o vurğulayıb.

 

Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmadığını başa düşməlidir.

 

Xatırladaq ki, bundan əvvəl Paşinyan Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasında heç bir üstünlük görmədiyini bildirmişdi. Onu da qeyd etmişdi ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Moskva “müttəfiqlik öhdəliklərini yerinə yetirməyib”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.