Rusiyalı general-deputatdan Paşinyanın bəyanatına reaksiya:
“ALÇAQLIQDIR...”

“Ermənistan baş naziri Nikol Paşinyan respublikanın Rusiya ilə müdafiə sektorunda əməkdaşlığı ilə bağlı bəyanatında alçaq ifadələrə yol verib”.

 

News.ru bildirir ki, bunu general-leytenant, Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev Paşinyanın Rusiya barədə  bəyanatına fikir bildirərkən deyib.

 

Parlamentari xatırladıb ki, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazası yerləşir. O, Paşinyanın Moskvanın daha İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə belə münasibət bildirib.

 

“Mən bu bəyanata heyrətləndim, belə ki, Ermənistanda Rusiyanın hərbi bazaları var: aviasiya bazası, bütöv bir diviziya. Və o, belə bir bəyanatlar verir... Görünür, tamamilə ABŞ-ın təsirinə düşüb, onlar Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətini gücləndirirlər. Bu, gözlənilən idi, lakin onun tərəfindən edilməsi alçaqlıqdır”, - deyə Viktor Sobolev qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan “İctimai Radio”ya müsahibəsində Rusiyanın “obyektiv və subyektiv” səbəblərə görə artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini bəyan edib. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiyanın payına düşüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.