Türkiyənin ilk astronavtı Alper Gezeravcının da yer aldığı “Dragon” Kosmik gəmisinin Yer kürəsinə qaytarılması fevralın 5-nə təxirə salınıb.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu qərar Florida sahilindəki uyğun olmayan hava şəraiti ilə bağlı qəbul edilib.
Xatırladaq ki, yanvarın 19-dan 20-nə keçən gecə Türkiyə vaxtı ilə saat 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərilib.