İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani şənbə günü ABŞ-ın İraqın qərbinə endirdiyi aviazərbələrin qurbanları üçün ölkədə ümumi matəm elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Məhəmməd Şiya əs-Sudani ABŞ-ın Akaşat və Əl-Əs-Südani bombalaması nəticəsində silahlı qüvvələrimiz və mülki şəxslər arasında həlak olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində üç günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib”,- deyə məlumatda bildirilir.
Xatırladaq ki, ABŞ fevralın 2-dən 3-nə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların İordaniyadakı hərbi bazasına hücuma cavabdır.
İraqın bu əyalətdəki Hərbi Əməliyyatlar Komandanlığından bildirilib ki, ABŞ tərəfdən açılan atəşlər nəticəsində 16 nəfər ölüb.