Rusiya ordusunun genişmiqyaslı hücumu olacağı təqdirdə amerikalılar Ukraynanın paytaxtını Kiyevdən Lvova köçürməyi təklif ediblər.
Bu barədə "Weapons and Strategy" ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayana istinadən yazır.
Məqalədə qeyd edilib ki, çox güman, Qərb Rusiya ordusunun hücumunun qaçılmazlığını anlayır.
"Hazırkı təmas xəttində Rusiya irəliləyiş əldə etdikdən və Ukrayna Silahlı Qüvvələri geri çəkildikdən sonra Volodimir Zelenski hökumətinin Kiyevdə sağ qalması qeyri-mümkün olacaq. Artıq Ukrayna hökümətində paytaxtın qərbə Polşa ilə sərhədə yaxın olan Lvova köçürülməsinə dair planının işarələri var”, - keçmiş Pentaqonun rəsmisi bildirib.
Azvision.az xatırladır ki, fevralın 4-də Qərb mediası Rusiya ordusunun Kupyanski istiqamətində çoxlu sayda ağır texnika və canlı qüvvə topladığı barədə məlumat yayıb. İddialara görə, Rusiya Silahlı Qüvvələri Xarkova qarşı genişmiqyaslı hücuma keçməyi planlaşdırır.