Namibiya hökuməti ölkə Prezidenti Haqe Qeynqobun vəfatından sonra fevralın 5-dən etibarən onun dəfn tarixinə qədər davam edəcək matəm elan edib.
Bu barədə TASS məlumat yayıb.
“Namibiya Respublikası Hökuməti bütün vətəndaşların nəzərinə çatdırır ki, 2024-cü il fevralın 4-də Vindhukda vəfat etmiş Namibiya Respublikasının Prezidenti Zati-aliləri Haqe Qotfrid Qeynqob üçün matəm müddəti 2024-cü il fevralın 5-dən dəfn tarixinə qədər davam edəcək”, - deyə agentlik bu ölkənin Rusiyadakı səfirliyinə istinadən bildirib.
Qeyd olunub ki, matəm günlərində Namibiya bayrağı respublikada və onun dünyadakı diplomatik nümayəndəliklərində yarıya qədər endiriləcək.
Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Qeynqob bazar günü 82 yaşında dünyasını dəyişib.
O, Namibiyaya 2015-ci ildən rəhbərlik edirdi.